Rəqsanə İsmayılova ilə bağlı ÜZÜCÜ XƏBƏR

Rəqsanə İsmayılova ilə bağlı ÜZÜCÜ XƏBƏR Şou

Müğənni Rəqsanə İsmayılova onkoloji xəstəlikdən əziyyət çəkir.

News24.az xəbər verir ki, sənətçi bu barədə jurnalist Səidə Bəkirqızına açıqlama verib.

İsmayılova bildirib ki, vəziyyəti kritikdir və təcili əməliyyata ehtiyacı var: “Mənim sinəmdə bədxassəli şiş var. Moskvada müalicə almışam. Daha sonra Azərbaycana gəldim, amma həbsim səbəbindən müalicələr yarımçıq qaldı. Çox təcili əməliyyat olunmalıyam. Moskvada dedilər ki, sinəm tamamilə götürülməlidir, amma qorxduğum üçün bir qədər gözlədim. Ancaq xərçəng gözləmir”.(musavat)