Rəqsanənin qızına elçi düşdülər

Rəqsanənin qızına elçi düşdülər Şou

Müğənni Rəqsanə İsmayılova aparıcı-prodüserlə söhbəti zamanı diqqətçəkən açıqlama verib.

News24.az xəbər verir ki, sənətçi kiçik qızı Yağmura elçi düşüldüyünü bildirib.

Onun sözlərinə görə, ailəvi yaxın dostları vasitəsilə bu məsələ barədə onun həyat yoldaşına danışıblar və artıq tərəflər arasında ilkin razılaşmalar da müzakirə olunub.

İsmayılova qeyd edib ki, qızının işləməsinə qarşı tərəf də müsbət yanaşır. O həmçinin Yağmurun öz biznesini qurduğunu və gözəllik salonu açdığını vurğulayıb.

Sənətçinin dediyinə görə, məsələ ilə bağlı ailədə də məsləhətləşmələr aparılıb və qohum olmaq istəyən şəxslər sentyabr ayında nişan mərasiminin keçirilməsini istəyirlər. (Milli.az)