Röya Ayxan bahalı paltarlarını kimə verəcək?

Röya Ayxan bahalı paltarlarını kimə verəcək? Şou

Xalq artisti Röya Ayxan illərdir geyindiyi paltarlarını gələcəkdə kimə bağışlayacağını açıqlayıb.

News24.az xəbər verir ki, müğənni bütün paltarlarının çamadanlarda saxlanıldığını bildirib:

"Bəzilərini 3-5 il sonra çıxardıb geyinirəm. Eyni çəkidə qalmışamsa, həmin paltarlardan istinadə edirəm. Amma onlar elə bahalıdırlar ki, kiməsə verməyə əlim gəlmir".

Röya Ayxan geyimlərini gələcəkdə biznesə çevirməyi düşünmədiyini vurğulayıb:

"Haçansa onları satdığı qoyub xeyriyyə məqsədi ilə bir bağış edə bilərəm. Yenidən həmin pulu götürüb nəsə almaram". /Qaynarinfo/