Röya və Aygün Kazımova yeniden bir yerdə - Video
Şou
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova yubileyini qeyd edir. Tədbirdə məşhur simalar da iştirak edir.
News24.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri Röya Ayxanın da həmkarını təbrikə gəlməsidir. Bu, sənətçilərin uzun zaman sonra birgə çəkilən görüntüləridir.
Röyayla Aygün Kazımova arasında maraqlı dialoq yaşanıb: “Sizi təbrik edirəm, çox sevirəm. Yubileyiniz mübarək. Möhtəşəmsiniz, bu gün buraları “dağıdıram”. Mən Aygün Kazımovanın cəmi 3 ad günündə olmuşam. Nə xoş mənə ki, ən gözəl gündə iştirak edirəm. Sizə çox təşəkkür edirəm”.
Görüntülər sosial mediada böyük maraqla qarşılanıb.
Qeyd edək ki, daha əvvəl Röya Ayxan Aygün Kazımovanı özünün sosial media hesabında doğum günü münasibətilə təbrik edib və "Axşam görüşərik" sözlərini yazıb.