Roza Zərgərli Kadırovla görüşündən danışdı
Şou
Çeçenistanda Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış etdik. Konsertə Çeçenistan rəhbəri Ramzan Kadırov ailəsi ilə təşrif buyurdu. 1500 nəfərlik zalda təşkil olunan konsertin bütün biletləri satılmışdı. Çeçenistanda son on ildə heç bir xarici ifaçı konsert verməyib. Burada yalnız Rusiyada tanınmış sənətçilər çıxış ediblər.
News24.az xəbər verir ki, bunu müğənni Roza Zərgərli Ramzan Kadırovla görüşü barədə Teleqraf-a açıqlamasında bildirib.
“Konsertdən sonra Çeçenistan rəhbəri ilə rəsmi görüş oldu. Azərbaycan musiqisinə böyük dəyər verdiklərini bildirdilər. Daha sonra Moskvaya yollandıq. Sadəcə, bu barədə paylaşımı sosial şəbəkədə bir qədər gec etdim. Çünki gün ərzində yalnız üç paylaşım edə bilirik.
Hazırda turnemiz davam edir. Növbəti dayanacaqlarımız Soçi, Anapa və Gelencik şəhərləridir. Sentyabr ayında isə, inşallah, ABŞ-ın beş ştatında konsert proqramımız olacaq.
Yay aylarında "Dream Fest" festivalında da iştirak edəcəyik. İyulun 23 və 24-də festival səhnəsində olacağıq. "Dream Fest"də duet ortaqlarım olacaq. Avqustun 20-də isə Kazan şəhərində “Novaya Volna” festivalının açılış mərasimində səhnəyə çıxacam.
Mən Ramzan Kadırovu ilk dəfə konsertimdən bir gün sonra gördüm. Təəssüf ki, hələ də bəzi insanlar qəbullana bilmirlər. Ramzan Kadırov şəxsən mənim qəbul olunmağım üçün göstəriş vermişdi. Qeyri-təvazökarlıq da olsa, məni dünya şöhrətli sənətçilərə göstərilən ehtiramla qarşıladılar.
Ramzan Kadırov təşəkkürünü bildirirkən qeyd etdi ki, mən onların xalq artisti ilə duet ifa etmişəm. O, bunu yüksək qiymətləndirdi”, - R.Zərgərli söyləyib.