Samir Bağırovdan şok etiraf: “Balkondan atılmağı düşünürdüm”
Şou
Müğənni Samir Bağırov Baku TV-nin “Qapqara” proqramında şəxsi həyatının ən qaranlıq dönəmlərini bölüşüb.
News24.az xəbər verir ki, narkotik asılılığından danışan sənətçi bu dövrü belə xatırlayır:
"Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı".
Bağırov verilişdə həm də kişilik mövzusuna toxunub:
"Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır - tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir".