Serenay Sarıkaya sərbəst buraxıldı
Şou
Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində aktrisa Serenay Sarıkaya saxlanılıb.
News24.az xəbər verir ki, jandarma əməkdaşları tərəfindən saxlanılan aktrisa ifadəsi alındıqdan sonra Məhkəmə-Tibbi Ekspertiza Qurumuna aparılıb.
Qurumda Serenay Sarıkayadan saç və qan nümunələri götürülüb. Daha sonra o, sərbəst buraxılıb.
Qeyd edək ki, Bakırköy Respublika Prokurorluğunun başladığı araşdırma çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane, Üsküdar və Muğla daxil olmaqla 25 ünvanda əməliyyat keçirilib.
Əməliyyat zamanı aralarında məşhur simaların da olduğu 20 şübhəli saxlanılıb.
Qan, saç və sidik nümunələri götürülən şübhəlilərdən 9-u sərbəst buraxılıb, 11 nəfər isə məhkəməyə göndərilib.
Şübhəlilərdən Mehmet Rahşanın həbs olunduğu bildirilir. /Hürriyet/