Sərxanın Rusiyaya girişinə "stop" qoyuldu

Sərxanın Rusiyaya girişinə "stop" qoyuldu Şou

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb.

News24.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:

“Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur. Mənə yanlışlıqla "stop" qoymağın fərqindəyəm. Ancaq bunu sübut etməyə zaman lazımdır.

Toylarını idarə etmək üçün söz verdiklərim məni üzrlü hesab etsinlər. Hər kəslə tək-tək danışıb çıxış yolu taparıq, inanıram. İndi bir az çətindir mənə, adaptasiya olmağa çalışıram”.