Sevda Yahyeyevadan Flora Kərimovaya ehtiram

Sevda Yahyeyevadan Flora Kərimovaya ehtiram Şou

Tanınmış müğənni, estrada ulduzu Sevda Yahyayeva 17 oktyabrda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində keçiriləcək konsertdə ilk dəfə “Pərişanım” mahnısını ifa edəcək.

News24.az xəbər verir ki, Azərbaycan musiqisinin canlı əfsanəsi, Xalq artisti Flora Kərimovanın sənət xəzinəsinin incilərindən olan “Pərişanım” bu dəfə Sevdanın ifasında yeni nəfəs qazanacaq.

Mahnı canlı orkestrin müşayiəti ilə səsləndiriləcək. Bu xüsusi ifa Sevda Yahyayevanın böyük sənətkara duyduğu sevginin və heyranlığın ifadəsi olacaq.

“Pərişanım” — bu dəfə Sevdanın səsində, Flora Kərimovanın ölməz sənətinə ithafən.