Sevilən türk serialı bu həftə yayımlanmayacaq?
Şou
Türkiyənin "ATV" kanalında yayımlanan "Kuruluş Orhan" serialının 17-ci bölümü bu həftə efirə getməyəcək.
News24.az xəbər verir ki, serial çərşənbə günləri saat 20:00-da yayımlanır. Lakin "ATV"nin yayım cədvəlində bu həftə yeni bölüm görünmür.
Hazırda 17-ci bölümün nə vaxt yayımlanacağı ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Mert Yazıcıoğlu, Mahassine Merabetin baş rollarda çəkildiyi serial Azərbaycanda da geniş izləyici kütləsinə malikdir.