"Sezercik" illər sonra ortaya çıxdı - Foto

"Sezercik" illər sonra ortaya çıxdı - Foto Şou

Bir dövrə damğa vuran “Sezercik” filmlərinin ulduzu illər sonra yenidən gündəmə gəlib.

News24.az xəbər verir ki, “Yeşilçam”ın unudulmaz simalarından olan türkiyəli aktyor Sezer İnanoğlunun son görüntüsü sosial şəbəkələrdə yayılıb və onun dəyişimi izləyicilərin diqqətini çəkib.

59 yaşlı sənətçinin hazırkı görüntüsü qısa zamanda geniş müzakirələrə səbəb olub.

Sezer İnanoğlu uşaq yaşlarında “Sezercik” filmləri ilə Türkiyənin ən tanınmış simalarından birinə çevrilmişdi.

İnanoğlu 2022-ci ildə uşaqlıq sevgisi olduğu deyilən memar Seyhan Eyiçalışla ailə qurmuş, daha sonra boşanma prosesi ilə gündəmə gəlmişdi.

2023-cü ildə isə onun barəsində “saxta sənəd” işi üzrə həbs qərarı çıxarılmışdı. Həbsdən azad olunduqdan sonra mediadan uzaq həyat sürən aktyor uzun müddət ictimaiyyət qarşısına çıxmamışdı.

Uzun fasilədən sonra yenidən görüntülənən İnanoğlunun son halı sosial şəbəkələrdə geniş müzakirə olunub. İstifadəçilər onunla bağlı “xeyli qocalıb” kimi rəylər yazıblar. /Haber Global/

"Sezercik" illər sonra ortaya çıxdı - Foto