Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - VİDEO

Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - VİDEO Şou

Müğənni Tacir Şahmalıoğlu xəstəliyi ilə bağlı açıqlama verib. 

News24.az xəbər verir ki, "Xəzər TV"yə açıqlama verən ifaçı şəkərdən əziyyət çəkdiyini deyib.

"Demək olar ki, məni yıxmışdı. İstanbulda əməliyyat olunub bura gəldim. Qəfildən ağrılarım başladı. Sən demə, öd partlayıb, daxili orqanlara yayılıb. Məni o hala salan öd imiş. Həkim deyir, bir araya normal olacağam. Hələ 10 gündür", - deyə müğənni qeyd edib.