Taleh Yüzbəyovun reklamına görə bloger təhdid edilib? - VİDEO

Taleh Yüzbəyovun reklamına görə bloger təhdid edilib? - VİDEO Şou

Aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı ətrafında yaranan müzakirələr davam edir.

Qadına münasibətin təqdimatı baxımından sosial şəbəkələrdə geniş tənqid olunan reklamla bağlı fikirlər səsləndirənlərdən biri də bloger Cavid Süleymanlı olub.

News24.az xəbər verir ki, bloger növbəti paylaşımında yayımladığı videoda bildirib ki, sözügedən tənqidi videodan sonra Taleh Yüzbəyovla birgə çalışan Nicat Xəlilov ona zəng edərək hədə-qorxu gəlib.

Məsələ ilə bağlı Taleh Yüzbəyov da paylaşımın şərh bölməsində münasibət bildirib. Aktyor qeyd edib ki, heç kimə belə bir addım atması üçün müraciət etməyib və indiyədək ünvanına səsləndirilən tənqidlər qarşısında hər zaman susmağa üstünlük verib.

Hazırda Nicat Xəlilovun məsələ ilə bağlı əlavə açıqlaması yoxdur.

Qeyd edək ki, Taleh Yüzbəyov çəkildiyi reklamda qarşısında əyləşdiyi xanımın estetik prosedurlarını tənqidi formada “sayır” və izləyicilərə sual verir: “Siz də təbiiliyi daha çox sevirsiniz?”