Yaşar Yusub "Adamım"ı təqdim etdi- VİDEO
Şou
Sənətçinin yeni layihəsinin söz və musiqisi Fərid Kərimiyə, aranjmanı, mix - master işi isə Elvin Musayevə məxsusdur.
News24.az xəbər verir ki, “Adamım” mahnısına çəkilən klipin rejissoru Nail Naiboğludur.
Yaşar Yusub yeni mahnısının uğur qazanacağına əmin olduğunu bildirib:
“Bu mahnının uğur qazanacağına çox inanıram. Bəstəkar burada dərin hisslərdən söz açıb. Hər kəsin həyatında öz ‘Adamı’ olmalıdır. İnanıram ki, dinləyən hər kəs bu mahnıda öz hekayəsindən bir parça tapacaq.”
Yaşar Yusubun “Adamım” mahnısı artıq dinləyicilərin ixtiyarındadır: