Tolik yenidən efirə qayıdır?
Şou
Tanınmış aparıcı Tarix Əliyev (Tolik) uzun fasilədən sonra yenidən efirə dönməyə hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, yeni layihələrə start verilib.
Verilişin televiziya, yoxsa "YouTube" platformasında yayımlanacağı hələlik dəqiqləşməyib.
Bununla belə, proqramın ilk qonaqlarının müğənnilər - Nəfəs və Vəfa Şərifova olacaq.
Layihənin adı açıqlanmır.(bizimmedia)