Tom Kruzun yeni filmi gəlir gətirmədi

Tom Kruzun yeni filmi gəlir gətirmədi Şou

Tom Kruzun baş rolda olduğu “Digger” filmi kinoteatrlarda uğursuz start götürüb.

News24.az xəbər verir ki, film ilk həftəsonunda Şimali Amerikada cəmi 8 milyon dollar gəlir əldə edərək beşinci yerdə qərarlaşıb.

125–180 milyon dollar arasında büdcəsi olduğu bildirilən filmin dünya üzrə ümumi gəliri isə ilk həftəsonunda 20 milyon dollar təşkil edib.

Filmin marketinq xərclərinin də təxminən 100 milyon dollar olduğu bildirilir.