Türkan Şorayın qızı saxlanıldı
Şou
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatı çərçivəsində "Yeşilçam"ın əfsanəvi aktrisası Türkan Şorayın qızı, tanınmış prodüser və aktrisa Yağmur Ünal nəzarətə alınıb.
News24.az xəbər verir ki, İstanbul və Muğlada ümumilikdə 25 ünvanda həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan 23 şübhəlidən biri olan Ünalın ünvanında axtarış aparılıb.
Məşhur sənətçinin qızının jandarmadakı ifadə prosesindən sonra məhkəməyə sövq ediləcəyi gözlənilir. (Milli.Az)