Türk kinosunun ustası Əli Tutal vəfat etdi

Türk kinosunun ustası Əli Tutal vəfat etdi Şou

Türkiyəli aktyor Əli Tutal 76 yaşında vəfat edib.

News24.az xəbər verir ki, aktyor evində beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilmiş, yanvarın 27-dən reanimasiyada müalicə olunurdu. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

1950-ci ildə Diyarbəkirda anadan olan Əli Tutal 1970-ci illərdə kino fəaliyyətinə başlayıb. O, 50-dən çox film və 20-dən artıq serialda rol alıb.

Aktyor xüsusilə “Mən Günəşi Gördüm”, “Hökumət Qadını” kimi layihələrlə yadda qalıb.

Əli Tutal həm aktyor, həm də dublyaj və texniki sahədə fəaliyyəti ilə türk kino sənayesində hörmət qazanmış sənətçilərdən idi.

Türk kinosunun ustası Əli Tutal vəfat etdi Türk kinosunun ustası Əli Tutal vəfat etdi Türk kinosunun ustası Əli Tutal vəfat etdi