Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər Şou

Türkiyədə məşhurlaşmış "Manifest" pop qrupunun təsisçisi və meneceri Tolqa Akış barəsində aparılan istintaq başa çatıb.

News24.az "HaberGlobal"a istinadən xəbər verir ki, onun əxlaqsızlıq ittihamı ilə 6 aydan 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.

Akış barəsində "əxlaqsızlıq", "narkotik maddədən istifadə" və "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" ittihamları üzrə araşdırma aparılıb.

Araşdırma çərçivəsində Akışın evində qızıl, xarici valyuta və ümumi dəyəri 10 milyon türk lirəsi olan sənədlər aşkar edilərək götürülüb.