Türkiyəli aktrisa Bakıda yol qaydasını pozdu
Şou
Türkiyəli aktrisa Zəhra Yılmaz Bakıya gəlib.
News24.az xəbər verir ki, paytaxt gəzintisinə çıxan aktrisa yol hərəkət qaydalarını pozub.
Bu haqda o özü məlumat yayıb.
Zəhra bildirib ki, işıqforda sarı işıqda keçib:
"Bakıda sarı işıqda keçmək qadağan imiş. Şansımdan arxada da polis olub və məni saxladı. Şükür, sənədlərim yerində idi. Bir də qardaşlıq, türk olduğumu bildi və cəza yazmadı, budəfəlik məni bağışladılar".
Qeyd edək ki, Zəhra "Cənnətin göz yaşları" (Melisa), "Kimsə bilməz" (Tuğçe), "Gəncliyim eyvah"(Çağla), "Qəlb yarası" (Bətül) ve "Gül misalı" (Ece) kimi ekran işlərində rol alıb. (Axsam.az)