“Uşaqlarımızın təhsili təxribat vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili təxribat vasitəsinə çevrilməməlidir” Şou

“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin inancına, düşüncəsinə hörmətlə yanaşılır. Eyni zamanda, dövlətimizin qanunlarına və müəyyən edilmiş qaydalara riayət etmək hər birimizin vətəndaş borcudur”.

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova yazıb. Pop diva sözlərinə belə davam edib:

“Məktəblərdə vahid geyim qaydalarını dini inanclara qarşı addım kimi təqdim etmək, bu məsələ üzərindən cəmiyyətdə qarşıdurma yaratmaq yolverilməzdir. Uşaqlarımızın təhsili heç bir siyasi marağın və təxribatın vasitəsinə çevrilməməlidir. Vətən müharibəsində həmrəyliyimiz və dövlətimizə bağlılığımızla nümunə olduq. Bu gün də həmin birliyi qorumaq hər birimizin borcudur. Uşaqlarımıza verəcəyimiz sağlam gələcək, dövlətimizin bütövlüyü və birliyimizlə nümunə olaq”.