Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Rasim Balayevdən YENİ XƏBƏR

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Rasim Balayevdən YENİ XƏBƏR Şou

"Rasim Balayevin vəziyyəti yavaş-yavaş yaxşılaşır. Yanında telefon yoxdur, ona görə də özü ilə əlaqə saxlamaq çətindir. Amma oğlu ilə hər gün danışıram. Şükürlər olsun, səhhəti əvvəlkindən yaxşıdır. İnşallah, ümid edirik ki, bayrama qədər daha da yaxşı olacaq".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, Xalq artisti Rasim Balayev bir neçə günə Türkiyədən Vətənə geri dönəcək:

“Qayıdandan sonra yəqin ki, əlavə müalicəyə ehtiyacı qalmayacaq, çünki əsas müalicə Türkiyədə aparılır. Orada hər şeyi edirlər. Mənim bildiyimə görə, əsas müayinələr və müalicələr orada həyata keçirilib”.

Baba Vəziroğlu qeyd edib ki, aktyor sağaldıqdan sonra yenidən sənət fəaliyyətinə qayıdacaq:

“İnşallah işinə də geri qayıdacaq. Amma əsas odur ki, sağlığı bərpa olunsun. Rasim Balayev kimi insanlar bizim üçün çox dəyərlidir. Onun yoxluğu teatr və kino aləmində çox hiss olunur. Elə insanlar var ki, onlar sıradan adamlar deyil. Heç nə etməsə belə, sadəcə o nurlu simasını görmək də bizə yetərlidir. Onun varlığı bizim üçün çox qiymətlidir”.

Xatırladaq ki, R.Balayev ötən ay Türkiyəyə aparılıb və orada klinikalardan birində müalicəsini davam etdirir. Xalq artisti uzun müddətdir şəkərli diabet və qan təzyiqi xəstəliyindən əziyyət çəkir. ("Yeni Sabah")