Versaçe yeni brend yaradır
Şou
İtaliyalı modelyer Donatella Versaçe “Revolve Group Inc.” ilə birlikdə yeni brend yaradacaq.
News24.az xəbər verir ki, bu barədə “Vogue” məlumat yayıb.
2025-ci ilin martında “Versace” moda evinin kreativ direktoru vəzifəsindən ayrılan modelyer yeni layihəsi ilə yenidən geyim dizaynına qayıdacaq.
Brend ABŞ, Latın Amerikası, Asiya-Sakit okean regionu və Yaxın Şərqdə fəaliyyət göstərəcək. İlk məhsulların 2027-ci ildə satışa çıxarılması, şirkətin adının isə həmin il açıqlanması planlaşdırılır.