Xalq artisti daha bir uğura imza atdı - FOTO
Şou
Xalq artisti Röya Ayxan daha bir uğura imza atıb.
Məşhur müğənni Spotify-da Azərbaycan üzrə aylıq ən çox dinləyicisi olan ifaçıdır. Estrada ulduzunun həftələr öncə aylıq dinləyici sayı 100 min idisə, artıq bu rəqəm 230 mini ötüb. Beləliklə, R.Ayxan öz rekordunu yeniləyib.
Bundan başqa, onun “Həsrət nəğməsi” sinqlı Spotify-da 2,4 milyon dinləmə sayını ötüb.