Xalq artisti "DremFest"də göz qamaşdırdı – VİDEO

Xalq artisti "DremFest"də göz qamaşdırdı – VİDEO Şou

Xalq artisti Zülfiyyə Xanbabayeva “Dream Fest”in qırmızı xalısında diqqətçəkən qonaqlardan biri olub.

News24.az xəbər verir ki, estrada ulduzu möhtəşəm musiqi gecəsinə modelyer Rüfət İsmayılın xüsusi olaraq hazırladığı qara və ağ çalarlı libasla qatılıb.

Sənətkarın saç düzümü və makiyajı tanınmış stilist Elnur Həsənov tərəfindən hazırlanıb.

Sənətçi bu dəfə də fərqli görünüşüdə fotoqraflar qarşısına keçib.

Qırmızı xalçada yerli və xarici KİV nümayəndələrinin böyük marağı ilə qarşılanan Zülfiyyə Xanbabayeva jurnalistlərin suallarını cavablandıraraq festival təəssüratlarını bölüşüb.