Xalq artisti qızından danışdı: "Ona demişəm ki, qayınananla…"
Şou
Xalq artisti Naibə Allahverdiyeva qızı Məryəmlə bağlı açıqlamalar verib.
News24.az xəbər verir ki, aktrisa qızına qayınanası ilə bağlı məsləhət verdiyini söyləyib.
“O, gələcək qayınanası üçün öz qızı kimi olacaq. Özünə də demişəm ki, sən onun oğlunu sevib-seçmisənsə, anasına da hörmət etməlisən, öz anan kimi qayğı göstərməlisən, sevməlisən. Təbii ki, ananın yerini heç kim verə bilməz, yenə də olsun…”, - o qeyd edib.
Qeyd edək ki, sənətçinin övladı bir neçə ay öncə nişanlanıb. (Bizim.media)