ARB-dən Zaur Kamalla bağlı AÇIQLAMA – Yenilənib
Şou
Xəbər verdiyimiz kimi, Zaur Kamal tezliklə efirə qayıdacağı ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, ARB TV məsələy münasibət bildirərək açıqlama yayıb.
Kanalın direktor müavini Vüsalə Vəliyeva Zaur Kamalın açıqlamasını təkzib edib.
“Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin”, – o bildirib.
Qeyd edək ki, Zaur Kamal daha sonra sözügedən paylaşımını silib.
**
ARB TV-nin məşhur aparıcısı Zaur Kamal mayın 4-də yenidən efirə qayıdacaq.
News24.az xəbər verir ki, Zaur Kamal mayın 4-də ARB TV-də adı hələ ki bəlli olmayan proqramla efirə çıxacaq.
Teleaparıcının “Həmin Zaur” layihəsinin adı dəyişdirilərək başqa adla efirə qayıdacaq.
Bu barədə açıqlamasında Zaur Kamal faktı təsdiq edib.
“İnşallah, mayın 4-də efirə qayıdırıq. ARB TV-də yayımlanacaq”. (Manset.az)