Zaxarova anasını paylaşdı
Şou
Rusiyalı aktrisa Yelena Zaxarova sosial şəbəkədə anasını təbrik edib.
News24.az xəbər verir ki, "Kadetstvo" ulduzu anasının ad günündə valideyninin şəklini paylaşıb.
"Bu gün mənim gözəl anamın ad günüdür. Ana, həmişə sağlam və xoşbəxt ol, ən azı 100 yaşına qədər yaşa. Həyat üçün, mənə inandığın üçün, hər şeydə dəstəyin üçün təşəkkür edirəm. Səni sonsuz sevirəm və hər şeyə görə minnətdaram", - deyə sənətçi yazıb.
Məşhur müsahibəsində onların arasında isti münasibətlərin olduğunu və onun valideyn kimi yanaşmalarını, təcrübəsini mənimsədiyini bildirib. Aktrisanın sözlərinə görə, anası ilk görüşdə hər kəsi valeh edən çox müdrik qadındır.