Zeynəb Xanlarova: "Leyli"ni oynayaram, amma "Məcnun" yoxdur"
Şou
Əməkdar artist Rəşad İlyasov Xalq artisti, dünyaca məşhur opera ifaçısı Yusif Eyvazov ilə “Şərəf” və “Şöhrət” ordenli SSRİ Xalq artisti Zeynəb Xanlarovanın görüşlərinin pərdəarxası məqamlarından danışıb.
News24.az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan R.İlyasov görüş zamanı Yusif Eyvazovun Zeynəb Xanlarovaya görüş zamanı xoş sözlər dediyini bildirib.
Sənətçilərin görüşünda maraqlı anlar yaşanıb. Zeynəb Xanlarova Y.Eyvazova "Mən Akademik Opera və Balet Teatrında "Leyli"ni oxuyanda sən orda müdir olmamısan. Heyif... Mən orada oxuyanda gərək sən rəhbər olardın, indi də oxuyardım" deyib.
Eyvazov isə cavabında Xalq artistini hər zaman gözlədiklərini və hələ də "Leyli"ni oynaya biləcəyini bildirib.
Xanlarova isə "Oynamağına oynayaram, amma "Məcnun" yoxdur" cavabını verib.