Özge Gürel “44”dən paylaşım etdi - Video

Özge Gürel “44”dən paylaşım etdi - Video Şou

Vətən Müharibəsindən bəhs edən “44” bədii filmində Azərbaycanda çalışan türk həkim-ortoped Zeynep Özdemir rolunu canlandıran tanınmış aktrisa Özge Gürel sosial şəbəkə hesabında paylaşım edib.

News24.az xəbər verir ki, türkiyəli ulduz ekran işindən eksklüziv yeni kadrları izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, “44” filmi istehsal miqyası, cəlb olunan mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə edilən texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsinə görə Azərbaycan kino tarixində ən böyük kinematoqrafik layihələrdən biri hesab olunur.

Ekran işində azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış simaları da yer alıb. Əsas rolları ifa edən aktyor heyəti çəkilişlərdən öncə Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında peşəkar hərbi-taktiki hazırlıq keçib.

Çəkilişlər isə Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. (Qafqazinfo)