“Zəng ediblər ki, yenə ölüm xəbəriniz yayılıb” - Video
Şou
Tanınmış aktyor Azər Axşamın vəfat etməsi ilə bağlı yenə xəbərlər yayılıb.
News24.az xəbər verir ki, aktyor yayılan dezinformasiyalarla bağlı “Instagram” hesabında açıqlama verib.
“Bu gün zəng vurublar ki, yenə sizin ölüm xəbəriniz yayılıb. Bu artıq neçənci dəfədir. Çox maraqlıdır ki, bu xəbərləri kim, niyə yayır və onların qazancı nədir? Dedim, video çəkim ki, hər şey yaxşıdır”, - Azər Axşam qeyd edib.
Xatırladaq ki, ötən il də aktyorun ölüm xəbəri yayılmışdı.