Zülfiyyə Xanbabayevadan "Gəl" sürprizi - Video

Zülfiyyə Xanbabayevadan "Gəl" sürprizi - Video Şou

Xalq artisti Zülfiyyə Xanbabayeva “Gəl” adlı mahnı və klipini dinləyicilərinə təqdim edib.

News24.az xəbər verir ki, mahnının sözləri Həmid Məmmədli, musiqisi isə İsmayıl Zadə imzası daşıyır. Klipin rejissoru Delee Oruclu, rəssamı Qafar Heydərli olub.

Layihənin stil konsepti üzərində sənətçinin özü çalışıb. Bu prosesdə ona rusiyalı tanınmış buyer Georgi Rostovşikov dəstək olub. Saç və makiyaj Elnur Həsənov, fotosessiya isə Həsən Əliyev imzası daşıyır.

“Gəl” mahnısı və klipi bütün rəqəmsal platformalarda dinləyicilərin ixtiyarındadır.