ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib Siyasət
ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin edib.

News24.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken Tviterdə bildirib.

Onun sözlərinə görə, Luis Bono ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilib.

"Onun səyləri bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", Blinken qeyd edib.

Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı Səfirlikdə missiya rəhbərinin müavini, Bəsrə Regional Ofisinin direktoru, (Milli Təhlükəsizlik Şurasında) Dövlət Katibinin müavininin məsləhətçisi və Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə müavinin müşaviri olub. O, həmçinin ABŞ-ın Aİ və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb.