Ağ Ev düyməyə basdı: Kuba üçün enerji yolları bağlanır
Siyasət
ABŞ administrasiyası Kubaya neft və enerji resursları tədarük edən ölkələrin mallarına əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, qərar “ikinci dərəcəli sanksiyalar” çərçivəsində qəbul olunub.
Ağ Evin məlumatına görə, məqsəd Kuba hökumətinin əsas enerji mənbələrini kəsmək və iqtisadi təzyiqi artırmaqdır. Sanksiyalar Kubaya neft, qaz və neft məhsulları satan ölkələrlə yanaşı, bu ticarətdə iştirak edən gəmiçilik və sığorta şirkətlərinə də şamil oluna bilər.
Yeni qərar Kubanın əsas enerji təchizatçıları olan Meksika, Venesuela və Rusiyaya birbaşa təsir göstərə bilər. Bir sıra ölkələr sanksiyaları beynəlxalq ticarət qaydalarına zidd adlandıraraq tənqid edib.