Almatıda nazirlərin görüşü başladı

Almatıda nazirlərin görüşü başladı Siyasət

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.