Almatıda nə baş verir? - Tokayevdən gözlənilməz qərar
Siyasət
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinin akimi (mer) Yerbolat Dosayevin tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qərarın səbəbləri açıqlanmayıb. Bu günlərdə Dosayev Baş nazir Oljas Bektenovu Almatıya səfərində müşayiət etmişdi.
Mayın 23-də Almatı Şəhər Şurasının saytında akimin təyinatına razılıq vermək üçün şənbə günü deputatların iclasının keçiriləcəyi barədə elan yayılmışdı.
İki milyon əhalisi olan Almatı Qazaxıstanın ən böyük şəhəridir.
Dosayev 2022-ci ilin yanvarından bu vəzifəni icra edirdi. Bundan əvvəl o, müxtəlif vaxtlarda Qazaxıstan Milli Bankının sədri, baş nazirin müavini, nazir olub.