Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər - Siyasi şərhçi

Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər - Siyasi şərhçi Siyasət
Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan bildirib ki, təslim olmayacaqlar. Ermənistan, Rusiya və Qərbdən əllərini üzən Araik BMT Təhlükəsizlik Şurasından kömək gözləyini və ümidlərini hələ də itirmədiklərini deyib. O, hımçinin terror çağırışları edərək silahlı mübarizə aparacağını vurğulayıb. Belə olduğu təqdirdə, Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilərmi? 

Mövzu ilə bağlı News24.az-a danışan  politoloq Tofiq Abbasov bildirdi ki, separatçılar “qırmızı xətt”i keçməyə cəhd göstərərsə, Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər” 

“Araik sadəcə primitiv lovğalıqla məşğuldur. Çünki Azərbaycanın onu tərəf kimi qəbul edib danışıqlar masasına oturmayacağını yaxşı bilir. Açıq-aşkar bəllidir ki, o, Azərbaycanın imkanları qarşısında necə zəifdir. Digər tərəfdən isə onların Azərbaycanın  qarşısında duruş sərgiləmək üçün  həbi, texniki gücləri yoxdur.  Separatçıların əsas məqsədi beynəlxalq platformada səs-küy qaldırıb diqqəti üzərlərinə çəkməkdir. Sözsüz ki, bizdə silahını yerə qoymayan separatıların sayları və s. haqqında konkret məlumatlar var. İmkanlarımız icazə verir ki, daxili məlumatları əldə edək. İrəvanda səsləndirilən fikirlərin, çağırışların, mesajların nəyə hesablanması məlum məsələdir. Bu, məhz beynəlxalq rəyə əsaslanır. Və bunlar da onlara üz tutmaqla öz paylarını verirlər ki, təbliğat baxımından mövqeləri güclənsin. Ola bilsin ki, təbliğat nöqteyi-nəzərdə onlar hər hansı bir üstünlük əldə etsinlər. Bir halda ki, biz də Ermənistandan separatçılara "humanitar yük" adı altında böyük karvanların gəlməsini gördük. Və Azərbaycan onları geri döndərdi. Təbii ki, Azərbaycan tərəfi qanunsuz daşımalara, silah-sursatın keçirilməsinə heç vaxt icazə verməyəcək. Digər tərəfdən terrorçu Vaqif Xaçaturyanın saxlanılması da separatçıların təşvişinə səbəb oldu. Onlar buna görə, narahatlıq  keçirməyə başlayıblar. Onlar qorxduqları üçün Azərbaycanı da qorxutmağa çalışırlar”, - deyə o, fikrini yekunlaşdırdı. 
 
Arzu