Araikin Bakıya "hədəsi" və “dialoq” istəyi... - Separatçıların heç bir şansı qalmayıb
Siyasət
Separatçı-terrorçuların başçısı Araik Arutyunyan Azərbaycanla “dialoqa” hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, ancaq Bakı bunu qəbul etmir. Məlumdur ki, separatçıların “dialoq” istəyi “tərəf” kimi qəbul edilmək niyyətindən qaynaqlanır. Rəsmi Bakı onlara tezliklə təslim olmaları ilə bağlı sonuncu təklifini irəli sürüb.
Millət vəkili Aydın Mirzəzadə News24.az-a bildirib ki, Araikin bu çıxışı erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa hesablanıb.

“Həm Ermənistanda müəyyən diarələr, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan və özlərini erməni icmasının rəhbəri adlandıran şəxslər Azərbaycana reinteqrasiya prosesini pozmağa cəhd edirlər. Verdikləri bəyanatlar da bir qayda olaraq Azərbaycanın suveren hüquqlarına, konstitusiya tələblərinə zidd olan məsələlərdir”.
Millət vəkili bildirib ki, Qarabağda yaşayan erməni icması tərəf ola bilməz: “Onlar Azərbaycan cəmiyyətinin bir hissəsidir, təbii ki, əgər olmaq istəyirlərsə... Bütün məsələlər konstitusiya tələblərimizə, qanunlarımıza uyğun olaraq həll edilə bilər”.
A.Mirzəzadə əlavə edib ki, onların son bəyanatları Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını addımbaaddım bərpa etməkdə olduğunu göstərir. “Separatçıların Azərbaycanın tələblərinə tabe olmaqdan başqa çıxış yolları yoxdur”, - deyə deputat yekunlaşdırıb.
Akqabay Mıradov