Azərbaycan Rusiyaya başsağlığı verdi

Azərbaycan Rusiyaya başsağlığı verdi Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tvitter hesabında paylaşılıb.

“Kamçatkada Kuril gölü ərazisində göyərtəsində turistlər olan Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və doğmalarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, Rusiyanın Kamçatka ərazisində turistlərin olduğu helikopter düşüb.  İlkin məlumata görə, Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub (13 turist və 3 ekipaj üzvü). 

Onlardan 8-nin həlak olduğu qeyd olunur.