Azərbaycan və BƏƏ XİN başçıları arasında - telefon danışığı olub
Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X"də paylaşım edib.
Nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişləndirilməsi imkanlarını, o cümlədən regional vəziyyəti müzakirə ediblər.