Azərbaycan və Ermənistan XİN başçılarının - GÖRÜŞÜ OLACAQ

Azərbaycan və Ermənistan XİN başçılarının - GÖRÜŞÜ OLACAQ Siyasət
Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Görüş planlaşdırılır. O, yaxın günlərə nəzərdə tutulub. Ancaq görüşün tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. Mən də XİN başçıları və ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, - deyə o vurğulayıb. /report/