Azərbaycan xalqının göstərdiyi həmrəyliyi əsla unutmayacağıq - Ərdoğan

Azərbaycan xalqının göstərdiyi həmrəyliyi əsla unutmayacağıq - Ərdoğan Siyasət
“Elə bizim xalqımız kimi azərbaycanlı qardaşlarımız da zəlzələdən zərərçəkənlərimiz üçün səfərbər olub hərəkətə keçdilər. İlham qardaşımın və Azərbaycan xalqının fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra göstərdiyi həmrəyliyi əsla unutmayacağıq”.

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan seçkilər dövründə də Azərbaycan xalqının mənəvi dəstəyini hiss etdiyini bildirib:

“Biz seçki prosesində Azərbaycan xalqının mənəvi dəstəyinin şəxsən şahidi olduq. Mayın 28-də Ankara və İstanbul kimi, Bakıda da eyni təntənə, sevinc var idi. Azərbaycanlı qardaşlarımız da qələbəmizə ən azı bizim qədər sevindilər. Səfərimiz zamanı həm onlara mənəvi dəstəklərinə, həm də dualarına görə təşəkkür etdim, həm də mövzu ətrafında müzakirələr apardıq”, - Türkiyə lideri qeyd edib.

Akqabay