Azərbaycanda FETÖ əməliyyatlarının yeni dalğası ola bilərmi? - Müttəfiqlik ruhu...
Siyasət
Son günlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirir.
Əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslər var.
Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı News24.az-a danışıb.
O bildirib ki, Türkiyə hökuməti tərəfindən təhlükə olaraq görünən məqamlar Azərbaycan tərəfindən diqqətə alınıb: “Bizdə bu istiqamətdə araşdırmalar daha çox cənub qonşumuzun və Ermənistanın terrorçu, casus qruplarının şəbəkələri ilə bağlı mübarizəyə yönəlir. Amma Türkiyə ilə biz müttəfiq dövlətik. Onların milli təhlükəsizliyi üçün problem yaradacaq məqamları həssaslıqla diqqətə alırıq. Son hadisələr də onu göstərir ki, Türkiyədən gələn siqnallara Azərbaycan hökuməti tərəfindən operativ cavab verilib. Bu məsələ ətrafında ciddi şəkildə müzakirələr getməlidir. Milli təhlükəsizliyimizə təhlükə yaradacaq məsələlərlə bağlı müttəfiqlik ruhu ilə hərəkət etməyimiz vacibdir”.
Politoloq Natiq Miri isə qeyd edib ki, bu hadisə təkcə Azərbaycanın dövlət rəhbərliyinin məsələsi deyil: “Paralel olaraq qardaş Türkiyə dövlətinin maraqlarında olan bir məsələdir. Türkiyə dövləti dost saydığı bütün ölkələrə səfər edərkən FETÖ şəbəkəsinin nə qədər başa bəla bir terror təşkilatı olduğunu və onların bütün dövlət strukturlarına sızaraq, həmin dövlət üçün gələcəkdə böyük faciələr yaşada biləcəyi xəbərdarlığını edir. Bu yöndə çox ciddi fəaliyyət ortada var. Artıq reaksiyalar da mövcuddur. Bir çox ölkələr bu yöndə qardaş Türkiyə ilə əməkdaşlığa yaşıl işıq yandırırlar. Bu, Azərbaycanda da mövcuddur. Düşünürəm ki, son hadisələr təxminən Türkiyə xüsusi xidmət orqanlarının verdiyi informasiya kontekstində mümkün olub. Bu şəxslərin həbs olunması son hadisə deyil. Təhlükə bu gün də mövcuddur. Fikrimcə, qeyri hökumət təşkilatlarında və mediada da belə şəxslər mövcuddur”.