Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb Siyasət
Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə sığorta şirkətlərinin yığımları 611,3 min manat təşkil edib. Bu, yanvar-sentyabr ayları ilə müqayisədə 12,3 min manat və ya 2,05% dəfə çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 426,7 min manat və ya 69,8% azalıb.
Bu ilin yanvar-oktyabr aylarında işçilərin dələduzluğu sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr aylarında eyni sığorta sinfi üzrə ödənişlər 1,719 mln. manat olub.

//Report