"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur"
Siyasət
“Prezidentin Tacikistana səfəri iki ölkə arasında müxtəlif istiqamətlərin inkişaf etdirilməsi ilə bağlı yeni perspektivlər açdı”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ilə əlaqədar danışarkən deyib. O bildirib ki:
“Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur, bu istiqamətdə kifayət qədər ciddi əlaqələr qurulur. Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Tacikistanla da Azərbaycanın əlaqələri uzun müddətdir ki, davam edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimizi tarixi dostluq əlaqələri birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında indiyədək çoxlu sayda sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb".
"Ötən il Bakı və Düşənbə şəhərləri arasında, daha sonra isə Xocənd və Gəncə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Ümumiyyətlə qeyd edim ki, Tacikistanla əlaqələr çoxşaxəlidir və müxtəlif istiqamtələri özündə birləşdirir. Məsələn təhsil sahəsində əlaqələrdən danışarkən onu deyə bilərik ki, cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır", - deyə politoloq qeyd edib.
Hərbi sahədə əməkdaşlıq mövcuddur. 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Son səfər çərçivəsində tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair də qərar qəbul olunub.
İqtisadi münasibətlərə gəldikdə isə qeyd edim ki, 2022-ci ildə iki ölkə arasında olan ticarət dövriyyəsi cəmi 6,5 milyon dollarlıq olub. Ticarət dövriyyəsi 56 milyard 212 milyon dollar olan Azərbaycan üçün 6,5 milyon dollar olduqca aşağı göstəricidir. Halbuki ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur. Elə cənab Prezident də məhz bu məqama toxunaraq səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacağını bildirdi. Hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsi barədə razılıq əldə olunduğunu deyən dövlət başçısı komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqların yerinə yetiriləcəyinin anonsunu verdi.
Xüsusilə nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret razılaşmalar oldu ki, bu da olduqca vacibdir. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyi planlaşdırır. Son olaraq qeyd edim ki, bu səfər iki ölkə arasında müxtəlif istiqamətlərin inkişaf etdirilməsi ilə bağlı yeni perspektivlər açdı”.
Aynurə