Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edilib Siyasət
M.İbrahimovun şərəfinə medalın təsis olunması Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.
 
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.
 
“M.İbrahimovun şərəfinə medalın təsis olunması Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, - E.Məmmədov bildirib.
 
O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.

//İnterAz