Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı - YENİ XƏBƏR

Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı - YENİ XƏBƏR Siyasət

Ötən ilin yanvarında baş verən silahlı hücumdan sonra bağlanan Azərbaycanın Tehrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq.

News24.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi məlumat verib. 

Səfir bildirib ki, hazırlıq işləri məqsədilə nümayəndə heyətinin Tehrana səfəri də gözlənilir. 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb.

Qumral