Azərbaycanla Ermənistan arasında sülh prosesi... - Ərdoğan
Siyasət
“Cənubi Qafqazda sülh üçün imkan yaranıb. Azərbaycanla Ermənistan arasında sülh prosesi Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də müsbət təsir edəcək”.
News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanda olanda həmkarım İlham Əliyevlə Ermənistanla münasibətlərin normallaşmasına dair müzakirələr apardıq. Artıq regionda sülh üçün imkan yaranıb. Bu fürsətin əldən verilməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır. Biz Azərbaycanla Strateji Əməkdaşlıq Şurası və Birgə İqtisadi Komissiya kimi fəaliyyət mexanizmləri vasitəsilə ikitərəfli münasibətlərimizdə əldə edilmiş nailiyyəti saxlamaq istəyirik. Biz regional əməkdaşlıq və məsləhətləşmə mexanizmlərimizi, xüsusilə Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcəyik. Türk dünyasının birliyi və sabitliyi naminə Azərbaycanla çalışmağa davam edirik. İnanıram ki, bu tarixi səfər bizim mövcud həmrəyliyimizi gücləndirir. Səfərlərimiz ikitərəfli münasibətlərimizlə birlikdə bütün regionumuz üçün faydalı olacaq”.
Akqabay