Azərbaycanlılar torpaqlarına qayıdacaq”- - “Araik getməlidir vəssalam!”
Siyasət
“Azərbaycanlılar torpaqlarına mütləq qayıdacaqlar. Xankəndidəki ermənilər Azərbaycan zəmanəti altında yaşayacaqlar. Nikol hər an bir imza ilə hər kəsi təəccübləndirəcək”.
News24.az xəbər verir ki, bu barədə “Vahid Ermənistan” Partiyasının sədri Yervand Tarverdyan deyib.
Tarverdyanın fikrincə, Ermənistan və Xankəndi arasında ziddiyyətlər günü-gündən qabarır. Oradakı əhali arasında etirazlar pik həddədir. Araik istefa verməlidir vəssalam!
“Onun “oturaq aksiya”sının heç bir mənası yox idi, o, vəziyyəti qətiyyən başa düşmür. Paşinyan da getməlidir. Onun sonuncu mətbuat konfransı sübut etdi ki, ölkəni idarə edə bilmir. Nikol sakit şəkildə deyir ki, biz itiririk. O zaman hakimiyyətin ölkəni idarə etməyə haqqı yoxdur, getməlidir. Nikol çıxışlarını yumora çevirir. Liderlərin isə sirkə çevirdiyi dövlətlər hər şeyi itirirlər”.
Arzu