Bakı sülhə hazırdır, bəs İrəvan? - Korotçenko

Bakı sülhə hazırdır, bəs İrəvan? - Korotçenko Siyasət
“Ermənistanda təlatümlər aradan qalxmır. Bu gün Qərb tərəfindən Rusiyaya qarşı manipulyasiya, Cənubi Qafqazda sabitliyin pozulması, təhlükəsizlik arxitekturasını sarsıtmaq və təxribatlar üçün alət kimi istifadə olunur”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ukrayna müharibəsi fonunda qeyd edib.

“Digər və tamamilə obyektiv nümunə Azərbaycandır ki, o, Cənubi Qafqazın təhlükəsiz sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün hər şeyi edir. Təəccüblü deyil ki, Prezident İlham Əliyev bir vaxtlar ikitərəfli danışıqlar üçün Rusiya və ABŞ tərəfindən dəfələrlə Bakının seçildiyi zaman misallar çəkdi. Bundan başqa, Əliyev Azərbaycanın Qarabağ iqtisadi rayonunun həmin hissəsində separatçı rejim rəhbərlərinin girovluğuna çevrilmiş, öz siyasi və iqtisadi ambisiyalarını reallaşdırmaq üçün sadə insanlardan “girov” kimi istifadə edən erməni etnik azlığının yaşadığı o hissəsində baş verən prosesləri bir daha çox aydın təsvir etdi. 

İlham Əliyev mütəmadi olaraq qeyd edir ki, Azərbaycan hakimiyyəti Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul edir. Tarixi prosesin gedişi qaçılmazdır və bu və ya digər şəkildə olacaq. İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında nizamlanma Cənubi Qafqazın çiçəklənməsinə aparan yoldur. Axı beynəlxalq investorlar da daxil olmaqla, investisiya qoymazdan əvvəl gələcək baxımından bu investisiyaların nə dərəcədə təhlükəsiz olacağına baxırlar. Yenə çox açıqlayıcı şəkildə Prezident bir daha diqqəti ona çəkdi ki, Zəngəzur dəhlizini heç kim ləğv etməyib və o, mütləq həyata keçiriləcək. Azərbaycan prezidenti yenə mesaj verdi: Bakı Ermənistanla sülhə hazırdır və bu gündəliyi irəli aparır. Bizə sülh müqaviləsi lazımdır”.

Akqabay